Susuz yaşarmı balıq da,
Nə dilərsən, de, xalıqdan.
Eh,bəlkə də tənhalıqdan,
Sənin gözəl rəngin solub.
Qəlbimdir tənha ağlayan,
Dəniz tək coşub çağlayan.
Məni həyata bağlayan,
Sənin qəfil zəngin olub.
Burax nifrəti, kini sən,
Bərk vurma sarı simi sən.
Buludlu səma kimisən,
Bax, yenə də əngin dolub.
Kayıt Tarihi : 8.4.2020 09:33:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!