Rehmet eyle Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Rehmet eyle

Düşdü sarı tel,ağladım,
Əsi qara yel, çağladım.
Dar günümdə bel bağladım,
Sən yanıltdın gümanımı.

Səsim gələr ucalıqdan,
Nə çıxar ki qocalıqdan.
Mədət umdum qocalıqdan,
Həmən kəsdi amanımı.

Yarəb, nolar, ac eləmə,
Yad başına tac eləmə.
Özgəyə möhtac eləmə,
Hörmət,qayğı umanımı.

Ver bolluca səbr, dözüm,
Od alsın sönməyən közüm.
Həqiqəti görsün gözüm,
Tezcə dağıt dumanımı.

Nə sevgimi töhmət eylə,
Nə də ağır zəhmət eylə.
Tanrım, özün rəhmət eylə,
Tezcə gözün yumanımı.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 10:57:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!