Qüssem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qüssem

Baxışları incələyir,
Naxışları necələyir.
Gözlərində gecələyir,
Yatmış qüssəm.

Demirəm döz qədərinə,
Öyrənmə söz bədərinə.
Axır ki öz kədərinə
Çatmış qüssəm.

Qırışdan ayaz alını,
Görməzsən dayaz halını.
Başından bəyaz şalını,
Atmış qüssəm.
20.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu