Qüsse qatıbdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qüsse qatıbdır

Fərəh qaranquşu artıq köçübdür,
Könlün ayrılığı sevib-seçibdir.
Neçə aylar, günlər gəlib-keçibdir,
Getdiyin yolların tozu yatıbdır.

Xəyal səpələnib törlü-tökülü,
Istünə illərin tozu çökülü.
Elə mən qalmışam boynubükülü,
Hicran vüsalına çoxdan çatıbdır.

Sulara qarışıb axmağı da yox,
Şimşək tək səmada çaxmağı da yox.
Bir yana boylanıb baxmağı da yox,
Sevincin başını qüssə qatıbdır.
25.06.2018.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.7.2018 10:29:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu