Quş olub getdin Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3784

ŞİİR


28

TAKİPÇİ

Quş olub getdin

Çoxu saxta, əsli deyil,
Xatirələr səsli deyil.
İndi payız fəsli deyil,
Köçəri quş olub getdin.

Səni gözdən qoymaz idim,
Söhbətindən doymaz idim.
Göz yaşına qıymaz idim,
Fələyə nuş olub getdin.

Kədərin ən azı idin,
Həyatından razı idin.
Ömrün bahar-yazı idin,
Boranlı qış olub getdin.

Heç oyunda uduzmazdın,
Sözünü ucuz tutmazdın.
Sən ki məni ubnutmazdın,
Unudan huş olub getdin.

Danışmayır, laldı həsrət,
Səni məndən alıdı həsrət.
Fərəhimi çaldı həsrət,
Namərdə tuş olub getdin.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.1.2026 11:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!