Qürurlanır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qürurlanır


Gecə kədər ələyir,
Yeri qəmə bələyir.
Dönübdür çərx-fələyi,
Zaman geri fırlanır.

Fərəh çəkmədi keşik,
Ondan boş qalıb beşik.
Damımız deşik-deşik,
Göz yaşıyla qırlanır.

Yağışın qətrəsindən,
Ulduzun titrəsindən.
Günəşin zərrəsindən,
Dünya-aləm nurlanır.

Saz məşhurdur teliylə,
Yaz tanınar seliylə.
Ayrılığın əliylə,
Sevincim oğurlanır.

Çaylar durmaz daşmadan,
Dəniz əsmə-coşmada.
Yazdığım yüz qoşmadan,
Ürəyim qürurlanır.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.6.2018 06:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu