Qürur günü Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qürur günü

Iyirmi beş il keçib
O qanlı gecəmizdən.
Şəhidlik yan ötməyib
Görəsən neçəmizdən.

Rus tanklarının səsi
Qulağımdan getməyib.
Amansız namərd yağı
Arzusuna yetməyib.

Azadlıq hissimizi
Boğa bilmədi düşmən.
Dalğalanır bayrağım,
Ayaq üstdədir Vətən.

Vətən, şəhid olsa da,
O gecə oğlun-qızın.
Daha da alovlandı
Sənin azadlıq arzun.

Düşmənin pis niyyəti,
O gecə pozulubdur.
Müstəqillik aktımız.
Qan ilə yazılıbdır.

Yatdığınız torğağı,
Al qərənfillər bəzər.
Hər bir şəhidin adı
Indi dillərdə əzbər.

Bu gün şəhid günümüz,
Qürur hissimiz coşar.
Qurban gedər övladlar,
Vətən müstəqil yaşar.
20.01.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 16:08:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu