Mən özümü heç öymərəm,
Əğyar qapısın döymərəm.
Qarşısında baş əymərəm,
Sındırmaram qürurumu.
Doğularam bir də,ölləm
Açılmayan sirrdə ölləm.
Gözdən uzaq yerdə ölləm,
Kimsə görməz qürubumu.
Yalanın üsrün düz örtüb,
Ocaq yerini köz örtüb.
Xatirəmi tək toz örtüb,
Meh təmizlər qurumumu.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:40:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/13/qurumumu.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!