Bu dünya naşı.kar olub,
Sevgim axır aşkar olub.
Sözəbaxan şikar olub,
Öz ovçuma vurulmuşam
Yatammıram bəd fikirdən,
Bezdim axır yad zikirdən.
Təmizlənib pasdan, kirdən,
Axar su tək durulmuşam.
Kainatın qəm neyiyəm,
Göy səmanın sar,leyiyəm.
Əvvəlki Sevinc deyiləm,
Mən yenidən qurulmuşam.
Kayıt Tarihi : 16.6.2018 10:28:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!