Qurulmaq gerek Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qurulmaq gerek

Sevən sevdiyinə qəsd eləyibdir,
Yalançı vədlərlə məst eyləyibdir.
Nifrət sevgi hissin üstələyibdir,
Çalxanıb təzədən durulmaq gərək.

Dağların sinəsi yüz oyulmayıb,
Astarın yerinə üz soyulmayıb.
Deməli təməli düz qoyulmayıb,
Yenidən tikilib qurulmaq gərək.

Qıyma ki gözünü mavi yaş alsın,
Uyma ki sözünü almaz qaş salsın.
Qoyma ki özünün könlün boş qalsın,
Özgə birisinə vurulmaq gərək.
25.02.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu