Qurulmağıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qurulmağıdır


Qəlbimi göynədir gülün acısı,
Könlümə yaradır dilin acısı.
Sənsiz keçirdiyim ilin acısı,
Günlərin həsrətə vurulmağıdır.

Başımın üstündə bilmirəm nədən
Asiman görüməz olubdur birdən.
Gözümü çıxardan, qəlbimi didən,
Qəmin burulğan tək burulmağıdır.

Ucadan ucadır məhəbbət, gülüm ,
Var olsun hər zaman sədaqət, gülüm.
Aşiqlərçün böyük səadət, gülüm,
Bir toy mağarının qurulmağıdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 09:21:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu