Üçüncü, beşinci, onuncu oldun,
Xəyal pilləsinin son ucu oldun.
Qürbətdən dönməyən sonuncu oldun?
Sən ki qol çəkmədin ilkə,əzizim.
Həsrətin qapqara donu qaranlıq,
Biri işıqlıdır, onu qaranlıq.
Bilirəm, bu yolun sonu qaranlıq,
Bəlkə görüşmədik, bəlkə, əzizim.
Qəbul eylə danılmaz həqiqəti,
Ülvi hissdir sevənin sədaqəti.
Yoğrulubdur siyah rəngdən xilqəti,
İşıqlı olmaz ki kölgə, əzizim.
Artıq yaxınlaşıb qışın da sonu,
Təbiət geyinər yamyaşıl donu.
Mənimçün eynidir, bilirsən bunu,
Həm dağlıq, həm aran bölgə, əzizim.
Gözləri yol çəkir ol dilbərin də,
Sağalmaz yarası vardır dərində.
Sandılar dönərsən günün birində,
Gözlədi yolunu ölkə,əzizim.
Kayıt Tarihi : 5.4.2025 15:12:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!