Qurban olum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qurban olum

“Eh”-in duman,çənim olsun,
Seyfin mənə qənim olsun.
Sağdakılar sənin olsun,
Sollarına qurban olum.

Göydən yağış tək tökülən,
Dən tək biznesə əkilən.
Çeklərin üstə çəkilən,
Qollarına qurban olum.

Sən inan birüzlüyümə,
Saflığıma,düzlüyümə.
Sənin o şax yüzlüyünə,
Dollarına qurban olum.

Dolları tez-tez ötürən,
Manatı mənə yetirən.
Həmişə səni gətirən,
Yollarına qurban olum.

Çox puldan başın itirər,
Qəpiyi yerdən götürər.
Üstündə avro bitirən,
Kollarına qurban olum.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu