Qurban olum qezel Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qurban olum qezel


Getmisən nə bir namə,nə bir xəbər göndərmirsən,
Həsrətin edib məni lap nitqi lal,qurban olum.
Mənim cavan ömrümü cəhənnəmə döndərmisən,
Düşübdür ürəyimə silinməz xal,qurban olum.

Nə sən Məcnun olmadın, nə də ki mən gözəl Leyli,
Bəxtimiz gətirmədi: sən narazı, mən gileyli.
Gözümdən uzaq düşdün, özgələrə saldın meyli,
Bircə dəfə yolunu bizlərdən sal,qurban olum.

Xəyalın həmdəm idi mənimlə uzun gecədə,
Görünmürsən gözümə, itkin düşmüsən necə də.
Necə əl üzdürmüsən dünyadan sən eləcə də,
Canımı birdəfəlik özün gəl al,qurban olum.

Yoxdur əvvəlki gücün,yoxdur o ölməz qüdrətin,
Tez sönüb bir zamanlar dillərdə gəzən şöhrətin.
Aldanıban dollara əsiri olma sərvətin,
Dünyada qalacaqdır dövləti-mal,qurban olum.

Məhəbbət həmişə ən müqəddəs,pak hiss sayılıb,
Haqqında əfsanələr,şeir-qəzəllər yayılıb.
Heç olmasa bir dəfə qəflət yuxundan ayılıb,
Anıban sevdiyini xəyala dal, qurban olum.

Mənim sevən qəlbimdir səmada şimşək tək çaxan,
Könlümün atəşidir hər şeyi yandırıb yaxan.
“Sevginə qovuşarsan”-deyib mənə falabaxan,
Bəs niyə düz çıxmayır açdığı fal,qurban olum.

Qartal tək məğrur olan,göyə ucalan Sevincin,
Düşmənindən həmişə qisas,öc alan Sevincin,
Daha dözmür həsrətə dərddən qocalan Sevincin,
Əbədilik sən qayıt,yanında qal,qurban olum.

Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 10:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu