Qurban geder Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qurban geder

Əlində məzə yaşlayıb.
Söykənib sözə, daşlayıb.
Davamız təzə başlayıb,
Açılacaq yeni cəbhə.

Yolunu necə özlərəm,
Bağrım başını közlərəm.
Səhəri yaman gözlərəm,
Ürəyimdə min bir şübhə.

Okeanda sal duyğular,
Gah qara, gah al duyğular.
Bilirəm ki lal duyğular,
Aparacaq məni məhvə.

Arzuların yoxdur sayı,
Yola verrəm günü, ayı.
Istəmirəm yaşıl çayı,
Gətir mənə qara qəhvə.

Gündüzlərim ala-toran,
Gecələrim şaxta-boran.
Bilirsən, minaaxtaran
Qurban gedər bircə səhvə.

Sevinc Arzulu
Kayıt Tarihi : 2.7.2021 19:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu