Qapqara libası qəmin atına,
Geydirib yaraşıq çul eyləmişəm.
Baş vurub sevginin dərin qatına,
Möhnəti bir qara pul eyləmişəm.
Yazıram kədərli söz əllərimlə,
Tuturam atəşin köz əllərimlə.
Həsrəti öldürüb öz əllərimlə,
Hicranı əbədi dul eyləmişəm.
Gecəni gözümlə sabah edərək,
Yaşadım ömrümü min ah edərək.
Deyəsən mən böyük günah edərək,
Qəlbini özümə qul eyləmişəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 16.6.2018 09:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!