.
Getdiyin yolların üzü bərimi,
Gizlicə söylədim düzü hərimi.
Yayıbdır aləmə dərdi-sərimi,
Qoyub gedəcəyəm xatirələri.
Sanasan soyuqda istimə gəlir,
Qoşun tək hamısı üstümə gəlr,
El-oba yığışıb tüstümə gəlir,
Qoyub gedəcəyəm xatirələri.
Biri o birinin sözünü kəsir,
Dayana bilmirəm, ürəyim əsir.
Əl-qolum bağlıdır, ediblər əsir,
Qoyub gedəcəyəm xatirələri.
01.05.2018
Kayıt Tarihi : 2.5.2018 08:40:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!