Qoyub gedeceyem. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qoyub gedeceyem.

Biri o birinin sözünü kəsir,
Dayana bilmirəm, ürəyim əsir.
Əl-qolum bağlıdır, ediblər əsir,
Qoyub gedəcəyəm xatirələri.

Məni keçmişimə heç də bənd etmir,
Acılı bibəri şəkər-qənd etmir.
Pisliyi yaradır, yaxşı vəd etmir.
Qoyub gedəcəyəm xatirələri.

Ağlımı başımdan almır bir daha,
Məni qəm gölünə salmır bir daha.
Könlüm xəyallara dalmır bir daha,
Qoyub gedəcəyəm xatirələri.
11.08.2014

Sevinc Arzulu
Kayıt Tarihi : 10.6.2018 15:51:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu