Qoxulu olur Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qoxulu olur


Qəlbimdə sevdanın qızıl heykəli.
Ümidlər bir az da ona söykənir.
O qədər gecələr yol gedib-gəlir,
Xəyalım gündüzlər yuxulu olur.

Məni dost bilənə dost oluram mən,
Dərd-qəmi ötürən süst oluram mən.
Yadıma düşəndə məst oluram mən,
Xatirən bənövşə qoxulu olur.

Başımdan məhəbbət qovğası keçir,
Önümdən vüsalın ağası keçir.
Könlümdən etiraz dalğası keçir,
Gördüyüm səhnələr qorxulu olur.
13.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 30.4.2018 07:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu