Qovuşan qadın Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qovuşan qadın

(Şəhid həyat yoldaşının ildönümü günü qəzada
həyatını itirərək şəhidinə qovuşan Günelə)

“Şəhid məzarına əklil qoyarım,
Göz yaşı tökməkdən çətin doyarım.
Necə həlak olub istəkli yarım”-,
Rəhimi hamıdan soruşan qadın.

Yoxluğa dözərmi vəfalı ürək,
Daha ətirini gətirməz külək.
Bircə il gözlətdi səni bu fələk,
Sevgili yarına qovuşan qadın.

Axır ki dünyanın valı dəyişdi,
Qarabağ uğrunda qanlı döyüşdü.
Ərinlə birlikdə sən də vuruşdun,
Güllələr yanından sovuşan qadın.

Sən necə dik baxdın ölmün gözünə,
Üç balan qızınmaz daha közünə.
Sanki yer tapmırdın özün özünə,
Somsoyuq məzara yovuşan qadın.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.10.2021 06:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu