Tutub məni qara sancı,
Insafı yox bircə damcı.
Əllərinə alıb qamçı,
Həsrət məni döydü axı.
Ayrılığazülm yaraşır,
Bir də görsən həddin aşır.
Mənim gözüm ala-yaşıl,
Vəslin gözü göydü axı.
Şimşək çaxa-çaxa qaldı,
Yeri yaxa-yaxa qaldı.
Vüsal baxa-baxa qaldı,
Hicran özün öydü axı.
Heç görməyim namərd yarı,
Yaxına gəlməsin barı.
Necə bağışlayım xarı,
Üzüməcə söydü axı.
Bu dağlara gəyişməmiş,
Dərə ilə əyişməmiş.
Illər boyu dəyişməmiş,
Bu köy həmən köydü axı.
Kayıt Tarihi : 21.4.2022 14:58:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2022/04/21/qovdu-axi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!