Biz də qoşa ulduz idik,
Günəş doğdu, sönüb getdik.
Tənha idik,yalqız idik,
Kölgəyəcə dönüb getdik.
Nə yaxşı ki görmədim mən,
Nə o anı, nə o günü.
Daha yaşıl geymir çəmən,
Gözləməyir toy-düyünü.
Indi dağlar yas saxlayır,
Sonu qara bir sevdaya.
Göylər hıçqırıb ağlayır,
Vüsal da çatmır haraya.
Dostum,sənin yerin cənnət,
Ruhun göydə qanad çalır.
Əbədidir bu məhəbbət,
Yerdən göyə körpü salır.
Kayıt Tarihi : 13.12.2021 10:53:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!