Qoşa ilindedir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qoşa ilindedir

Səhər məndən erkən durub,
Üzünə toz kirşan vurub.
Fərəh çoxdan yuva qurub.
Qəm evimin çölündədir.

Şimal-şərqi məğrib edək,
Heysiyyəti məğrur edək.
Ayrılığı məğlub edək,
Demə çarə ölümdədir.

Vüsalımı yaxşı tanı,
Ondan əziz dostum hanı.
Ayrılığın son ünvanı,
Hicrin qara gölündədir.

Qisməti olsun qoy yadın,
Acı olur yaman dadı.
Həsrətin, hicranın adı,
Ayrılığın dilindədir.

Gələr xəsətəlik sayağı,
Gör kimlər imiş dayağı
Karonanın daş ayağı,
Qoşa gələn ilindədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.12.2021 08:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu