Gəlişinlə sən sındırdın tilsimi,
Yenə həzin mızıldanır qəlb simi.
Səma kimi, dəniz kimi, su kimi,
Mən səninçün qoruyuram eşqimi.
Sənin eşqin olub məni tanıdan,
Ilk baxışdan məni anla, tanı dan.
Qızıl kimi gizlədirəm hamıdan,
Mən səninçün qoruyuram eşqimi.
Qoruyuram, bir gün geri dönərsən,
Əvvəlkitək şən danışıb dinərsən.
O qalxdığın ucalıqdan enərsən,
Mən səninçün qoruyuram eşqimi.
Kayıt Tarihi : 9.1.2020 08:22:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!