Haqq işini ürək bilsuin,
Nə hiylə, nə kələk bilsin.
Əyriləri fələk bilsin,
Sən düzləri qoru, Allah.
Bir kimsəyə baş əymərik,
Nə də ki xətrə dəymərik.
Yalandan köynək geymərik,
Xoş üzləri qoru, Allah.
Bax, səngərdir gecə-gündüz,
Dərə, təpə, çəmən, dağ-düz.
Ordumuz səf olub yüz-yüz,
Sən yüzləri qoru, Allah.
Günəş Yerə nurun ələr,
Şaqraq axar şəlalələr.
Düzü bəzər tər lalələr,
Nərgizləri qoru, Allah.
Göydən yenə alov yağır,
Şəhid yükü yaman ağır.
Açdım neçə-neçə cığır,
Sən izləri qoru, Allah.
Hanı gözəl, məsud anlar,
Köçüb getdi neçə canlar.
Dalğalanar okeanlar,
Dənizləri qoru, Allah.
Baş əyirik fərmanına,
Möhtacıq dərd dərmanına,
Əl açıram dərgahına,
Sən bizləri qoru, Allah.
Kayıt Tarihi : 29.9.2020 09:37:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2020/09/29/qoru-allah.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!