Məni çox kövrəltdi sənin sözlərin,
Ömrün uzun olsun ay əziz qonşum.
Ölümdən danışsan dolar gözlərin,
Könlü saf, niyyəti pak, təmiz qonşum.
Dilində Tanrıya duan, şükrün var,
Eh, neçə niyyətin, neçə zikrin var.
Hələ söylənəcək gözəl fikrin var,
Qəlbində duyğular gur dəniz, qonşum.
Payız-qış ötüşər, yaya yetərsən,
Günəşə çatarsan, aya yetərsən.
Çətinə düşəndə haya yetərsən,
Axı neynəyərik biz sənsiz, qonşum.
23.11.2017
Kayıt Tarihi : 30.4.2018 06:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!