Üzün qəm suyuyla yuyub,
Həsrətin felinə uyub.
Axır öz səhvini duyub,
Deyən qədrimi biləcək.
Yar bizə qonaq gələcək.
Samovarım cızıldayır,
Həzin nəğmə mızıldayır.
Könül yaram sızıldayır,
Gözüm yaşını siləcək .
Yar bizə qonaq gələcək.
Bu sevdamız düşər dilə,
Qiymətimi barı bilə.
Daha gəzməz əğyar ilə,
Mənimlə deyib-güləcək .
Yar bizə qonaq gələcək.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!