Qonağa meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qonağa meni

Köynək geydim,qəm göynədən
Kədər içdim diş göynədən.
Ulu Tanrım,bilməm nədən
Sən çəkdin sınağa məni.

Qocayam,eşməm yanımda,
Ağacam,çeşməm yanımda.
Dost ilə düşmən yanında,
Tuş etmə qınağa məni

Taxtlı gəlib taxtsız gedən,
Baxtlı gəlib baxtsız gedən,
Vaxtlı gəlib vaxtsız gedən
Döndərmə qonağa məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 07:20:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu