Həsrətdən olmuşam tox,
Vüsala demərəm yox.
Aşağıda yerim yox,
Zirvəyə ucalt məni.
Parlar üzüyün qaşı,
Axmaz gözümün yaşı.
Heç vaxt eyləmə naşı,
Hər işdə bacart məni.
Ver bir aman, öldürmə,
Gözəl zaman, öldürmə.
Nolar, cavan öldürmə,
Allahım, qocalt məni.
Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 07:07:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!