Qocalmışam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qocalmışam


Bir az yelə bənzəyib,
Bir az telə bənzəyib.
Bir az selə bənzəyib,
Siz tərəfə burullam.

Əzizim, xoş gəlmisən,
Parıldayan ləlmisən.
Desən ki köhnəlmisən,
Mən yenidən qurullam.

Qulaq asdım nağıla,
Heyran qaldım ağıla.
Qoymaram çirk yığıla,
Axıb-axıb durullam.

Usanmadıq, bezmədik,
Alaqları sezmədik.
Meşəni çox gəzmədik,
Qocalmışam, yorullam.

Sevinc Arzulu
Kayıt Tarihi : 28.3.2022 08:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu