Bağımda bülbül uçmayır,
Arzularım gül açmayır.
Kədər məndən yan qaçmayır,
Dünya mənə zindan,kaha.
Demək qocalmışam daha.
Qaranlıqdır hər səhərim,
Yoröun düşüb boz kəhərim.
Didir qəlbimi qəhərim,
Dözmürəm naləyə,aha.
Demək qocalmışam daha.
Çoxalıbdır dərdi-sərim,
Azalmayır alın tərim.
Kömək etmir ilham pərim,
Şeir yazmaq gəlir baha.
Demək qocalmışam daha.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:35:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/11/qocalmisam-daha.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!