Qocalırıq Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qocalırıq

İndi şəklinə baxıram,
Dərdi yandırıb yaxıram.
Sənin üçün darıxıram,
Ayağına dəyməsin daş,
Qocalırıq yavaş-yavaş.

Yaşımız olur əlli beş,
Bəxtə düşdümü qoşa şeş.
Öləziyir yanan atəş,
Ötən günlər dönəydi kaş,
Qocalırıq yavaş-yavaş.

Nəvələr də böyüyür bax,
Fərəhlə açılsın sabah.
Köməyimiz olsun Allah,
Özü üçün bacı-qardaş,
Qocalırıq yavaş-yavaş.
11.05.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 25.4.2018 10:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu