Qocalığım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qocalığım

Qar nənə tək dağdan enir.
Ağir-ağir qocalığım.
Susur,danışıb dinməyir,
Fağır-fağır qocalığım.

Vəfalıdır mənə yar tək,
Ömrə gələr son bahar tək.
Hey başıma soyuq qar tək,
Yağır,yağır qocalığım.

Həsrət qaldım al köynəyə,
Qüssədən qəlbim göynəyər.
Darda gəncliyi köməyə,
Çağır,çağır qocalığım.

Ala gözü daim nəmli,
Qar ovqatlı,şaxta dəmli.
Gəncliyin dalınca qəmli,
Baxır,baxır qocalığım.

Sevinc, oda alış,yan tək,
Ötən ömrün getdi an tək.
Damarımdan qızıl qan tək,
Axir,axır qocalığım.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 07:16:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu