Qocaldım, ana Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qocaldım, ana

Illər yenə çəkir sual-sorğuya,
Eh, daha nə deyim zaman orğuya,
Tezcənə böyüdüm, əsrə doğruyam,
Fələkdən öc aldım, öc aldım Ana.

Dumana qarışdım, sislə yol aşdım,
Tüstüylə yarışdım, hislə dolaşdım.
Yaxşıyla barışdım, pislə dalaşdım,
Bir il də qocaldım, qocaldım Ana.

Fırtınam yatıbdır, sakitəm, dincəm
Qüssə-qəm əlində yaman girincəm.
Elə sən gördüyün həmən Sevincəm,
Azacıq ucaldım, ucaldım ,Ana.

Təbriklər oxşadı şair könlümü,
Naxışlar bəzədi könül mülkümü.
Yatırda bilmədim təlatümümü,
Fələkdən bac aldım, bac aldım,Ana.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2020 11:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu