Qəmi dondura bilməm,
Dərdi sındıra bilməm.
Bir də yandıra bilməm,
Közü sönmüş ocağı.
Ürəyimdə him yeri,
Sinəm üstdə sim yeri.
Qaytaracaq kim geri,
Uçub gedən o çağı.
Qışda, sazaqdasan sən,
Torda, duzaqdasan sən.
Yaman uzaqdasan sən,
Ay igidim, qoçağım.
Kayıt Tarihi : 27.6.2018 15:26:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!