Qoca çağında Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qoca çağında

Zamanın gözünə ayna həyatım,
Oduna-közünə oynar həyatım.
Elə öz-özünə qaynar həyatım,
Bu zalım dünyanın ocaq çağında.

Uzağam zəhərin ziyan anından,
Sazağam qəhərin biyabanından.
Yol salıb şəhərin xiyabanından,
Keçdim gəncliyimin qoçaq çağından.

Səslərəm, hayıma heç dünüm yetmir,
Kitabın sonuna bir günüm yetmir.
Nə əlim çatmayır, nə ünüm yetmir,
Neynəyim ömrümün qoca çağında.

Sevinc Arzulu
Kayıt Tarihi : 18.10.2019 16:10:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu