Bu gələn yar aşıqdır.
Əldə saz var, aşıqdır.
Dünyaya yaraşıqdır.
Qızılı təbəssümün.
Dalğa tək qayna, sına,
Ləpəylə oyna, sına..
Dənizin aynasına
Sızılı təbəssümün.
Xırdaca darı qumda,
Torpağın yarı qumda.
Ləpir tək sarı qumda
Cızılı təbəssümün.
Kiçikdir öz yaşından,
Bəllidir göz-qaşından.
Ürəyimin başında
Qazılı təbəssümün.
Qalammaz ki rinqdə dək.
Beynimdədir diktə tək.
Şerimə son nöqtədək,
Yazılı təbəsssümün.
Kayıt Tarihi : 2.6.2020 07:02:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!