Qiymeti yox Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qiymeti yox

Bəzəklidir,ziynəti yox.
Söz əhlidir, qiybəti yox.
Acıların qiyməti yox,
Bir qəpikdir min topası.

Qəm küləyi güclü əsib,
Fərəhin önünü kəsib.
Kimsəyə etməsin nəsib,
Ağır olur dərd zopası.

Tale yolun cızır Allah,
Yetişəcək Xızır, Allah.
Bu ev nəynən qızır, Allah
Nə odunu, nə sobası.

Leyli könlün çalıb deyən,
Səhradan yol salıb deyən.
Məcnun tənha qalıb deyən,
Uzaqdadır el-obası.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 18:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!