Qırx yaşa qaldım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qırx yaşa qaldım

Mən ömür yolunda atımı çapdım,
Bilmədim səninçün qırılmış sapdım.
Fərəhi itirdim, kədəri tapdım,
Yenə də dərdimlə baş-başa qaldım.

Mas-mavi səmada çaxmazdım belə,
Hər yetən könülə axmazdım belə.
Dövlətə gözucu baxmazdım belə,
Yalandan parlayan daş-qaşa qaldım.

Bir acı kəlmədən sıxılar Sevinc.
Kənar, yad baxışdan yıxılar Sevinc.
Toplanmaz, həmişə çıxılar Sevinc.
Axırda dirəndim, qırx yaşa qaldım.

Sevinc Arzulu
Kayıt Tarihi : 30.6.2018 17:38:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu