Həyat yolunda qərib,
Qırx il ömür sürmüşük.
Gözəl güllərdən dərib,
Əlvan çələng hörrmüşük.
Xəyala dalmamışıq,
Reala qarışmışıq.
Küsülü qalmamışıq,
Tezcənə barışmışıq.
Olub kasıb günümüz,
Olub varlı çağımız.
Yayılıbdır ünümüz,
Yaşıllaşıb bağımız.
Iki övlad sahibi,
Iki nəvəmiz də var.
Ən gözəl ad sahibi,
Bəxtəvər olsun onlar.
Qırx il də ömür sürək,
Biz beləcə firavan.
Birlikdə vursun ürək,
Şənlik görək hər zaman.
Kayıt Tarihi : 15.8.2023 09:48:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!