Qınaqklarımda Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qınaqklarımda

Dalğalar qıy vurdu,dənizəm deyə,
Həsrətə,hicrana kənizəm deyə.
Mən elə üzüldüm sənsizəm deyə,
Dondu göz yaşlarım yanaqlarımda.

Vüsala yolumu darladıb gedib,
Günəşin nurunda qarladıb gedib.
Ayrılıq eləcə parladıb gedib,
Ondu söz qaşlarım dodaqlarımda.

Fərəhi kədərlə barışdırmaram,
Qüssəni qəm ilə yarışdırmaram.
Daha yad könülü alışdırmaram,
Sondu köz daşlarım, qınaqlarım da...
11.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 23.2.2019 15:56:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu