Nədən belə itirirəm özümü,
Ürəyimdə saxlayıram sözümü.
Kimdən alım iradəni,dözümü.
Səni görcək ağlım çaşır,qəşəng qız.
Şirin dilli,ay üzlü nigarımsan,
Lalə yanaq,göy gözlü nigarımsan.
Həm işvəli,həm nazlı nigarımsan,
Qəlbdə daim adın yaşar.qəşəng qız.
Sən könlümün bir parası olmusan,
Gözlərimin ağ-qarası olmusan.
Bir tükənməz məcarası olmusan,
Eşqin ilə çaylar daşar,qəşəng qız.
Soruşurlar,niyə belə qəmliyəm,
Niyə ağlayıram,gözü nəmliyəm.
Mən sevən insanam,vüsal dəmliyəm,
Ürəyim Xəzər tək coşar,qəşəng qız.
Sənin ilə ünsiyyətdən doymadım,
Baxışdakı şeriyyətdən doymadım.
Gözlündəki məhəbbətdən doymadım,
Şair sənə şeir qoşar,qəşəng qız.
Sevinc Arzulu
Kayıt Tarihi : 13.4.2020 15:07:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!