Qeribe gedirem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qeribe gedirem


Hayana baxırsan kədərdi, qəmdi
Alagöz gözəlin gözləri nəmdi.
Dəyişik salmışam yenə də səmti,
Üz tutuban Şimal-Qərbə gedirəm.

Sevən könül sevdiyindən nurlanar,
Bir tərəfdə Ay Günəşdən nur alar.
Bir tərəfdə uçan boşqab fırlanar,
Gördüklərim çox qəribə, gedirəm.

Gərək neçə sərhəd keçim, post aşım
Əzizimlə bayramlarda tostlaşım.
Ey insanlar, sizin ilə dostlaşım
Yoldaş olun mən qəribə, gedirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 27.6.2018 15:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu