QƏRİBƏ GECƏ
Yalvarıram Allaha
Hər gün. Çıxaq sabaha.
Ayırammıram daha,
Duyğular iç-içədir
Çox qərbə gecədir.
Beləcə yaşıyıram,
Misralar daşıyıram
İstidən üşüyürəm,
Canımda vic-vicədir.
Çox qəribə gecədir.
Dərdi alıb yatalar,
Qəmə fərəh qatalar.
Düzmü deyib atalar?
Ümidimiz üçədir.
Çox qəribə gecədir.
Olamazmı sələm tox,
Vərəq azdır, qələm yox.
Beynimizdə rəqəm çox,
Göz önündə neçədir?
Çox qəribə gecədir.
Dalaşan olmayacaq,
Barışan olmayacaq.
Soruşan olmayacaq,
Gülüm, halın necədir.
Çox qəribə gecədir.
Gizli plan qurmayın.
Safa ləkə vurmayın.
Nə olar ki, qırmayın
Ürək tükdən incədir.
Çox qəribə gecədir.
Arxamızda qəm qaldı,
Kədər ilə cəm qaldı.
Yağış yağdı, nəm qaldı
Üzümüz sevincədir.
Çox qəribə gecədir.
23.05.2020.
Kayıt Tarihi : 26.5.2020 10:28:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!