Qerib xatiren Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qerib xatiren


Qəlbimiz qəm-kədər yığnağı olub.
Sevgimiz el-oba qınağıı olub.
Tanrının əbədi qonağı olub,
Ən gözəl çiçəyi dərib xatirən.

Nə vaxtdır batmışam yasa.,bilmirəm
Həsrəti boğazdan asa bilmirəm.
Üstünə ayaq da basa bilmirəm,
Yerə qara xalı sərib xatirən.

Eh, neçə illərdir susub da dinmir,
Vüsalın yolunu pusub da dinmir.
Dostdan-aşinadan küsüb də dinmir,
Elə özün kimi qərib xatirən.
07.07.2015

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 06:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu