Yağışdan ayrılıb qara gedirlər,
Geyinib tül kimi xara, gedirlər.
Haradan gəliblər, hara gedirlər,
Zamanın özü tək qərib küləklər.
Xəbər göndərərlər qovaqlar ilə,
Gələr yağış-qar tək qonaqlar ilə.
Tökülən sapsarı yarpaqlar ilə,
Çölə qızıl xalı sərib küləklər.
Gah sola boylanar, gah da ki sağa,
Qoymaq ki səmadan od-alov yağa.
Bağbandan iznsiz girib də bağa,
Meyvənin yaxşısın dərib küləklər.
14.02.2015
Kayıt Tarihi : 8.6.2018 14:12:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!