Qerib gedirim Şiiri - Sevinc Arzulu

Qerib gedirim

Gülüm.güclü əsir hicran küləyi,
Həsrətə sinəni gərib gedirəm.
Yaman uzaq düşdü vüsal mələyi,
Onunçun aı güllər sərib gedirəm.

Kədərdən qaralar bəyaz tülümüz,
Bir də alışmaz ki ,soyuq külümüz.
De,nədən açmadı murad gülümüz,
Qəm bağından çiçək dərib gedirəm.

Əğyarın gözləri heç nəm olmadı,
Sevinc fərəh ilə heç cəm olmadı.
Bir kimsə qəmimə həmdəm olmadı,
Qəriban gəlmişəm,qərib gedirəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:12:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu