Sevgin ömrə qida imiş.
Bir həyata nida imiş.
Bu baxış son vida imiş,
Mənim qərib düşən könlüm.
Duy həyatı indi barı,
Telin dağın bəyaz qarı.
Itirmisən nakam yarı,
Mənim qərib düşən könlüm.
Fərəh yaraşır harama,
Tanrı,əlac et yarama.
Düşməniçrə dost arama,
Mənim qərib düşən könlüm.
Dərd qəlbin həmdəmi imiş,
Sonu hicran dəmi imiş.
Sinirin daş-dəmir imiş,
Mənim qərib düşən könlüm.
Geri dönməz ötən günün,
Ona çatmaz səsin,ünün.
Qəmlə keçər toy-düyünün,
Mənim qərib düşən könlüm.
Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 19:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/14/qerib-dusen-konlum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!