İnsan çatar isə arzuya, kama,
Fərəhdən sevinib gələr ilhama.
Sən qiymət verirdin saza, muğama,
Şur tək bəstələndin Qənirə xanım.
Səni əlimizdən aldı bu fələk,
Sən hələ bizlərə gərəkdin,gərək.
Daha döyünməyir alovlu ürək,
Gül tək dəstələndin Qənirə xanım.
Yaman tez verildisənin fərmanın,
Qaralar geyindi yaşıl ormanın.
Köməyin olmadı iynə-dərmanın.
Niyə xəstələndin Qənirə xanım.
Kayıt Tarihi : 26.10.2023 15:08:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!