Qemli şeir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Qemli şeir

Qəmli şeir yazırsan,
Mənim kövrək vaxtımda.
Lalələrdə azırsan,
Gün oturub taxtında.

Duman yenə kəşt eylər,
Ildırımlı yollarda.
Güman məni məst eylər,
“Gəl, gəl” deyən qollarda.

Ayrılıq görmək ağır,
Şirin –şəkər röyada.
Toy-düyün, çal-çağırdır,
Indi yaşıl dünyada.

Ümidin ayağından,
Həsrət yamanca dartır.
Gözəllik sorağında
Olanlar yaman artıb.

Yaşayır xatirələr,
Danışmağa sözü yox.
Üşüyür xatirələr,
Qızınmağa közü yox.
08.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 9.3.2019 09:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu